Sosial şəbəkədə biz:

Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadənin şeirini söylədi - VİDEO

16 June 2021, 16:31
Gündəm

"Sözlərimə böyük şair Bəxtiyar Vahabzadənin şeirinin misraları ilə yekun vurmaq istəyirəm".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Ərdoğanın Parlamentdə dediyi misraları təqdim edirik:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan - Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan - Türkiyə.

https://www.youtube.com/embed/YXGo-4WckzM