Sosial şəbəkədə biz:

Elçin Quliyev mərhum jurnalistin övladları ilə görüşdü — FOTO

18 June 2021, 22:40
Gündəm

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərhum jurnalist Rəşad Süleymanovun övladları ilə görüşüb.

Bu barədə jurnalist Mübariz Aslanov özünün feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"DSX rəisi general Elçin Quliyev həmkəramız, rəhmətlik Rəşad Süleymanovun övladları ilə görüşüb. Rəşad hərbi sahədə əvəzedilməz jurnalist idi" - deyə o, qeyd edib.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Xatırladaq ki, tanınmış jurnalist, “AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov ötən ilin dekabrında koronavirusdan vəfat edib.