Sosial şəbəkədə biz:

Argentina yığması Uruqvaya qalib gəldi

19 June 2021, 09:16
Gündəm

Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turunun Argentina və Uruqvay yığmaları arasında matçı keçirilib.

Görüş Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalıların qələbə qolunu 27 yaşlı yarımmüdafiəçi Qvido Rodriqes 13-cü dəqiqədə vurub. O, hücumçu Lionel Messinin ötürməsini uğurla başa çatdırıb

Beləliklə, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdur.