Sosial şəbəkədə biz:

Kreditə tələb artır, faizlər yüksəlir

19 June 2021, 13:33
Gündəm

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.  
Belə ki, 2021-ci ilin ilk 5 ayında bank sistemi üzrə kredit qoyuluşu 3,8%, o cümlədən biznes kreditləri 2,4% artıb. Bu dövrdə ipoteka kreditləri 7,2% artıb. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri də artıb. İstehlak kreditlərində artım 5,1% təşkil edib. 
Kreditlərə tələbin tədricən artması bəzi banklar üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.