Sosial şəbəkədə biz:

Erməni millət vəkili seçki məntəqəsində dava saldı- Video

20 June 2021, 18:59
Gündəm

"Vətəndaş müqaviləsi" partiyasının üzvü Rüstəm Bakoyan seçki məntəqəsində dava salıb.

Bu barədə mənbələrə istinadən "Mediaport" Telegram kanalı məlumat yayıb."Hökumətyönlü qruplar hal-hazırda seçki məntəqələrində gəzir. Onlar müxalifət nümayəndələrini qarşıdurmalara təhrik edir ki, polis həmin şəxsləri sürətlə məntəqədən
uzaqlaşdırsın",-deyə Telegram kanalı yazır.

https://www.youtube.com/embed/nV0qYjbjTLQ

Qeyd edək ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib. Azvision.az