Sosial şəbəkədə biz:

İstanbulda azərbaycanlı güllələndi - Video

24 June 2021, 11:22
Gündəm

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.

https://www.youtube.com/watch?v=9L81sr8sUEM&feature=emb_logo