Sosial şəbəkədə biz:

Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi - TƏHSİLDƏ VƏRƏSƏLİK

24 June 2021, 12:32
Gündəm

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

Gülayə Mecid

*** 16:34

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Universitetdən Unikal.org-a verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.

Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.