Sosial şəbəkədə biz:

Naxçıvana əlavə reyslər TƏŞKİL OLUNDU

27 June 2021, 12:21
Gündəm

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin  sayını artırıb.

Bu barədə Manset.az-a açıqlamasında "Azərbaycan Hava Yolları"QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib:

“Naxçıvana mütəmadi reyslərin sayı cədvəl üzrə  gündə dörd dəfədir. Ancaq indi yay fəsli ilə bağlı tələbat böyük olduğu üçün əlavə 3-4 reys əlavə olunub.Burada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişi və sıxlıq yaranmaması üçündür.”.