Ermənilərin aqressivləşməsinin ötürdüyü mesaj... - Zərdüşt Əlizadə
"Bu atışmaların məqsədi ictimai rəyi formalaşdırmaq və onları hansısa bir razılaşmanın zəruriliyinə inandırmaqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə seçkidən sonra ermənilərin aqressivləşməsinin, sərhədlərimizi atəşə tutmasının səbəbini şərh edərkən deyib. Politoloq hesab edir ki, atışma ilə bağlı ciddi bir səbəb yoxdur:
"Hər iki tərəf göstərmək istəyir ki, vəziyyət qeyri-sabitdir və hansısa tədbirlərin görülməsinin zamanıdır. Ermənistana da lazımdır ki, əhaliyə göstərsin ki, əmin-amanlıq naminə hansısa razılaşmaya getmək lazımdır. Bu fikri Azərbaycan cəmiyyətinin də beyninə yerləşdirmək lazımdır".
Politoloq qeyd edib ki, ona görə belə mənasız, heç bir hədəfi olmayan atışmalar baş verəcək.