Sosial şəbəkədə biz:

Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə "MERO"da VƏZİFƏ VERDİ - FOTO

28 June 2021, 12:06
Gündəm

Astara rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru İlqar Rəhimzadəyə yeni vəzifə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, İ.Rəhimzadə Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") inspektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, ötən ay Astara DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.

Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə"MERO"da VƏZİFƏ VERDİ - FOTO