Sosial şəbəkədə biz:

Nazir rüşvət aldığı iddia edilən polisi CƏZALANDIRDI - VİDEO

01 July 2021, 12:19
Gündəm

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşıb:

"Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb".

https://www.youtube.com/watch?v=-dFBMhB0n7Q&t=1s