Sosial şəbəkədə biz:

SOCAR-la DESFA arasında növbəti anlaşılmazlıq

Avropa Komissiyasının rəqabət üzrə direktorluğu SOCAR-ın DESFA-nın səhmlərinin 66% alması sövdələşməsini ilin sonuna qədər təxirə salıb.   Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.   Onun sözlərinə görə, Avropa Komissiyasının direktorluğu bu məsələni öyrənməyə davam edir:   “Bizim işçi qrupu onların suallarına cavab verir. Əsas məsələ bu sövdələşmənin Aİ-nın üçüncü enerji paketinə uyğun olub-olmamasıdır”.   Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası razılaşmanın nəzərdən keçirilməsi dövrünü 2015-ci il martın 23-dən 2015-ci il aprelin 22-dək uzadıb.   AB-nin antiinhisar orqanları SOCAR-ın DESFA-nı alması sövdələşməsini yoxlamağa başlayıblar. Avropalı məmurlar bu sövdələşmənin Yunanıstan bazarında rəqabəti azaldacağından ehtiyat edir.   Xatırladaq ki, SOCAR  DESFA şirkətinin üçdə iki hissəsini 400 milyon dollara almaq istəyir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol