Sosial şəbəkədə biz:

Azərbaycanda 5062 adda KİV var

07 March 2016, 11:56
Gündəm
Ötən il Ədliyyə Nazirliyi tərəfindən 70 qeyri-kommersiya qurumu və 34 təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Statistikaya görə, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb. Eyni zamanda 2015-ci ildə 89 mətbu nəşr uçota götürülüb. Beləliklə də ölkədə KİV-lərin sayı artaraq 5062-i olub.