Sosial şəbəkədə biz:

“Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq

22 July 2021, 21:14
Gündəm

“Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir”.

Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işlər bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də danışıb:

“Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.