Sosial şəbəkədə biz:

Putin Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti Təhlükəsizlik Şurasında müzakirə etdi

28 July 2021, 20:59
Gündəm

Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu haqda bildirib.

Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.