Sosial şəbəkədə biz:

Türkiyədəki yanğınlarla bağlı son vəziyyət açıqlandı - VİDEO

02 August 2021, 08:47
Gündəm

Türkiyənin 8 bölgəsində yanğın davam edir.

Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 125 yanğından 117-si söndürülüb və ya lokallaşdırılıb.

Nazir bildirib ki, yanğın yaşayış yerlərinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədi ilə Muğlada 6 məhəllə boşaldılıb.

Ümumilikdə, Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 8 nəfər ölüb.

https://www.youtube.com/embed/CyAFAIMdSLo