Sosial şəbəkədə biz:

Jirinovski Rusiyanın müttəfiqlərini aşağıladı: "Sərvətlərimizdən istifadə edirlər"

10 August 2021, 16:20
Gündəm

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş Sovet ölkələri haqqında xoş olmayan ittihamlar səsləndirib.

Jirinovski qonşu ölkələrin Rusiyanın sərvətlərindən istifadə etdiyini bildirib. O ölkə rəhbərliyini həmin dövlətlərə qarşı siyasətini dəyişməyə çağırıb.

"Rusiya Federasiyası qonşu dövlətlərə xeyli pul və resurslar xərcləyir. Belarus, Ukrayna və Mərkəzi Asiya ölkələri isə Rusiyanın zənginliklərindən istifadə edirlər",-RLDP rəhbəri deyib.

Jirinovskinin fikrincə, Rusiyanın bu mövzuda siyasətini dəyişdirməyə dəyər: "Rusiyanın ittifaq dövlətlərinə ehtiyacı yoxdur. Onlar (qonşular - red.) Rusiyanın bir hissəsi olmağı istəməli idilər". Azvision.az