Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat adlı

10 August 2021, 19:17
Gündəm

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunun oyunlarında iştirak edəcək.

Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina ilə Ermənistan milli komandaları mübarizə aparacaq.

Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.