Sosial şəbəkədə biz:

Əliyevlə Paşinyan görüşsün, yoxsa Ayı hamımızı parçalayacaq...

12 August 2021, 16:49
Gündəm

Paşinyan bəyan edib ki, İlham Əliyevlə görüşməyə və bir çox məsələləri müzakirə etməyə hazırdır - məncə, bu bəyanat dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş mütləq keçirilməlidir. Görüş Tiflisdə ola bilər, otursunlar kənar müdaxilələr olmadan bir neçə saat danışsınlar.

Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki, ağlı başında olan hər kəsə aydındır ki, kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışlrlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın, ona görə də, birbaşa təmaslar daha effektiv ola bilər. Belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala, hər iki ölkəni Kremlin əlində alət olmaqdan qurtara bilər - Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gərə bilər, ayrı-ayrılıqda hamımızı "Ayı" parçalayacaq, necə ki, bunu 300 ildir bölgəmizdə uğurla edir...

Natiq CƏFƏRLİ