Sosial şəbəkədə biz:

Messinin gözünü və burnunu sildiyi salfet milyon dollara satılır — VİDEO

14 August 2021, 09:22
Gündəm

“Barselona” klubundan ayrılaraq “PSJ”-yə keçən argentinalı futbolçu Lionel Messinin vida konfransında göz yaşlarını və burnunu sildiyi salfet hərraca çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adını açıqlamayan satıcı Messinin istifadə etdiyi salfeti 1 milyon dollara (təxminən 1 milyon 700 min manat) satışa qoyub.

Qeyd edək ki, salfeti mətbuat konfransında idmançıya onun xanımı Antonella Rokuzzo vermişdi.

https://www.youtube.com/watch?v=fHT9ZSMSpoQ