Sosial şəbəkədə biz:

Azərbaycan xam neft ixracını 12 %-dən çox azaldıb

16 August 2021, 16:11
Gündəm

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 106 min 825,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu miqdarda məhsulun dəyəri 7 milyard 585 milyon 824,11 min ABŞ dolları təşkil edib.

Bu ilin 7 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 12,5 % az, dəyəri isə 18,6 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 66,58 % olub.