3 güləşçisimiz dünya ikincisi oldu
Azərbaycanın 3 güləşçisi dünya ikincisi olub.
Belə ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı Zirəddin Bayramov rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb. Yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Daha bir idmançı 70 kq-da yarışan Cəbrayıl Hacıyev finalda iranlı İrfan Elahi ilə üz-üzə gəlib. Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.79 kq-da Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayıb.
Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub. (Report)