Sosial şəbəkədə biz:

Şahmatçılarımız Daşkənddə uğura imza atıblar

18 August 2021, 09:03
Gündəm

Özbəkistanın paytaxtı Daşkənddə Aqzamov şahmat memorialının üçüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycanın üç şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edirlər. M.İsgəndərov və V.Rəsulov üçüncü turda qələbə qazanıblar. M.Muradlı isə uduzub.
Hazırda hər üç şahmatçımızın 2 xalı var.
Doqquz turdan ibarət turnir avqustun 22-dək davam edəcək.