Sosial şəbəkədə biz:

Sabirabadda arvadını, qayınatasının qətlə yetirən kişi özünü də öldürüb

21 August 2021, 09:04
Gündəm

Sabirabad rayonunda ailə faciəsi baş verib.

Hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.