Sosial şəbəkədə biz:

Oğlana “yox” dediyi üçün qətlə yetirilən qızın - Fotosu

Bakıda 17 yaşlı məktəbli qızın qətlinin təfərrüatları məlum olub. " Azinforum.az " anspress-ə istinadən xəbər verir ki, qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov hadisəni qısqanclıq üzündən törədib. Belə ki, Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib. “Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb. Hazırda istintaq işləri aparılır. Xatırladaq ki, Xətai rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Nazim qızı Babayeva Bəhruz Nuriyev küçəsi 81 ünvanında vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol