Sosial şəbəkədə biz:

TƏBİB sədri: "Süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır"

22 August 2021, 12:42
Gündəm

“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.

"Report"un məlumatında görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tvitterdəki şəxsi hesabında paylaşıb.

Paylaşımda daha sonra deyilir:

"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq".