Sosial şəbəkədə biz:

Azərbaycanda "iPhone" satışı dayandırıldı

“Apple” ticarət nişanının Azərbaycanda rəsmi təmsilçisi "Almastore" mağazalar şəbəkəsində "iPhone" telefonlarının satışı dayandırılıb.  “Apple” məhsullarını ölkəyə idxal edən "Almastore"dan “Report”a verilən məlumata görə, ölkəyə "iPhone"ların idxalı dayandırılıb və prosesin may ayından sonra bərpa olunacağı gözlənilir: "O vaxta qədər isə “Almastore” mağazalarında "iPhone" satılmayacaq". Bununla yanaşı bildirilib ki, may ayından sonra Azərbaycana gətiriləcək telefonlar yeni qiymətlə satışa çıxarılacaq və bu, indikindən bir qədər yüksək olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol