Sosial şəbəkədə biz:

Şoyqu: "Rusiyaya qarşı "dərin iş" gedir"

28 August 2021, 08:40
Gündəm

"Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır".

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: "Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı "dərin işlər" aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır". APA