Sosial şəbəkədə biz:

"Qərb Əfqanıstandakı duruma "maraqlı" yanaşma sərgiləyir" - Zaxarova

29 August 2021, 11:44
Gündəm

Qərbli tərəfdaşlarımız Əfqanıstandakı vəziyyətlə bağlı maraqlı yanaşma sərgiləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Bunu "mövcud vəziyyətdən nəticə çıxarmalıyıq" kimi formalaşdırırlar. Ortaqlarımızın son 10, 15, 20 il ərzində nə qədər "nəticə çıxarmaq" fürsətləri olduğunu nəzərə alsaq, bu, çox qeyri-adi bir mövqedir", - deyə Zaxarova bildirib.