Sosial şəbəkədə biz:

Dövlət Dəniz Agentliyinin fəaliyyətində şübhəli müqavilələr - VİDEO

30 August 2021, 08:47
Gündəm

Bloqer Mehman Hüseynov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Dövlət Dəniz Agentliyi ilə bağlı araşdırma aparıb.

O bildirib ki, Agentliyə tabe olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bağladığı müqavilələr şübhəlidir.

Bloqer qeyd edib ki, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi saxta şirkətlər açıb, dövlət büdcəsindən milyonlarla manatı həmin şirkətlərə köçürüb: “Sonra həmin saxta şirkətlərin direktorlarını həbs etdirirlər və ya öldürməyə çalışırlar. Bu qədər təsadüf ola bilər, sizcə? Niyə harda kriminal var gəlib bu Dövlət Dəniz Agentliyini tapır?”

https://www.youtube.com/embed/8Wz1xeF3czM