Sosial şəbəkədə biz:

Kəlbəcərdə şəhidlərin şəkilləri olan lövhəni kimlər sındırıb aşırdı?..FOTOLAR+VİDEO

02 September 2021, 11:13
Gündəm

Comərd kəndi Kəlbəcər rayonunun hazırda hələ də ermənilərin yaşadığı Çərəktar kəndinə yaxın məsafədə yerləşir... Bir müddət öncə  Kəlbəcər rayonunun Comərd kəndinin girişindəki yolun kənarında üzərində həmin kənddən şəhid olan oğulların şəkilləri olan quraşdırılıb. Lakin bu günlərdə kəndə yollanan sakinlər həmin löhvənin yerində olmadığını görüblər.

Moderator.az xəbər verir ki, bu haqda video-məlumat sosial şəbəkələrdə yayılıb.Məlumatda sakinlər şəhidlərin lövhəsinin  naməlum şəxslər tərəfindən qırılıb kənara atıldığını söyləyirlər. Ümid edirik ki, tezliklə müvafiq dövlət qurumları məsələyə aydınlıq gətirəcək və günahkarlar aşkar edilərək cəzalandırılacaq...Xatırladaq ki, Comərd kəndi Kəlbəcər rayonunun hazırda hələ də ermənilərin yaşadığı Çərəktar kəndinə yaxın məsafədə yerləşir. Yəni erməni diversantların gizli şəkildə əraziyə  daxil olması mümkündür... https://vk.com/video_ext.php?oid=-17452458&id=456248143&hash=bca9756850d3cc36Sultan Laçın