Sosial şəbəkədə biz:

Vəkil generalın oğlunun ona hücum etməsi ilə bağlı polis şöbəsində izahat verdi

02 September 2021, 13:08
Gündəm

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlunun ona məhkəmə prosesində hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.

Bu barədə vəkilin özü sosial şəbəkədə paylaşım edib. “Bu gün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”, - E.Sadıqov bildirib.