Sosial şəbəkədə biz:

Bu vaksini vurduranların daha çox ölkələrə getmə şansı var

03 September 2021, 09:03
Gündəm

Koronavirusa qarşı vaksinlərin reytinqi hazırlanıb.

Bakupost.az “VisaGuide.World” a istinadən xəbər verir ki, siyahı bu və ya digər peyvəndi təsdiq etmiş dünya ölkələri sayına əsasən tərtib edilib.
Reytinqdə ilk yeri “AstraZeneca” vaksini tutur. Preparat dünyanın 144 ölkəsində tanınır. Bu isə o deməkdir ki, adıçəkilən peyvəndlə vaksinasiya olunanlar həmin ölkələrə PCR testi və karantin müddəti olmadan səyahət edə bilərlər.

Dünyanın 125 ölkəsində təsdiq edilmiş “Pfizer” peyvəndi siyahının ikinci pillsində qərarlaşıb.

İlk üçlüyü 86 ölkəyə maneəsiz səyahət imkanı verən “Moderna” vaksini tamamlayır.

Reytinqin dördüncüsü olan “Sinovac” isə hələ ki, yalnız 48 ölkə tərəfindən təsdiq olunub.