Sosial şəbəkədə biz:

Gənclər arasında ölüm hallarının artmasına səbəb nədir? - VİDEO

04 September 2021, 08:29
Gündəm

COVID-19-a yoluxan şəxslərin həkimə gec müraciət etməsi və ev şəraitində yalnış müalicə alması gənclər arasında ölüm hallarının artmasına səbəb olur.

Bunu T"BIB-in nümayəndəsi Nəzrin Mustafayeva deyib.

O bildirib ki, yoluxma sayı artdıqca əhalinin bütün yaş qruplarında yoluxma faizi də artmış olur. Eyni zamanda, ölüm hallarının kəskin artması da müşahidə olunur. Bunun  da bir neçə səbəbi var.

TƏBİB-in nümayəndəsi qeyd edib ki, məhz gənclərimizi  qorumaq məqsədilə onlara peyvənd imkanları təqdim olunub. Getdikcə yaş məhdudiyyəti azaldılaraq 18 yaşa da tətbiq olunur.

"Artiq  8 aydır ki, ölkəmizdə vaksinasiya prosesi icra olunur. Onlar bu imkanlardan istifadə edərək özlərini ağır xəstəlikdən qorumuş ola bilərlər",- deyə Nəzrin Mustafayeva qeyd edıb.

https://www.youtube.com/watch?v=OyRc2PhXnz0