Sosial şəbəkədə biz:

Oqtay Əsədov Türkiyədə Əhməd Davudoğlu ilə görüşdü

10 March 2016, 19:38
Gündəm
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə Trend Türkiyə Nazirlər Kabinetinin saytına istinadən məlumat verir. Xatırladaq ki, martın 10-11-də O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Milli Məclis sədrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir.