Sosial şəbəkədə biz:

Mikayıl Cabbarov Qətər şirkətlərinə Qarabağla bağlı çağırış etdi

07 September 2021, 19:50
Gündəm

"Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşümüzdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələri dəyərləndirdik, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Belə ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azadolunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik", - deyə o, qeyd edib.