Ramiz Göyüşov YAP-dan çıxarıldı
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. O, qeyri-əxlaqi videosunun yayılmasına görə partiya sıralarından xaric edilib.
Xatırladaq ki, Ramiz Göyüşov qeyri-etik videosu ilə gündəmə gəlmişdi.