Sosial şəbəkədə biz:

Köçəryanı Moskvaya çağırdılar

11 September 2021, 14:33
Gündəm

Hakim Vahid Rusiya Partiyası Ermənistanın eks-prezident, “Ermənistan” fraksiyasının rəhbəri Robert Köçəryana Moskvaya səfər etmək və siyasi məsləhətləşmələr aparmaq üçün dəvət göndərib.

Yenisabah.az erməni KİV-nə istinadən xəbər verir ki, Moskvada Ermənistan-Rusiya əlaqələrini hərtərəfli gücləndirmək, ona yeni bir təkan vermək, o cümlədən bölgədə Türkiyə-Azərbaycan təsirinin artmasına müqavimət göstərmək yönündə qərar verilib.

“Robert Köçəryan Moskvaya gözlənilən səfəri zamanı partiyanın liderləri ilə görüşəcək və bölgədə baş verə biləcək inkişaflar müzakirə ediləcək”,-deyə erməni mətbuatında qeyd edilib.