Sosial şəbəkədə biz:

PAŞA Bank istehlak kreditlərinə başlayır

11 March 2016, 11:27
Gündəm
2007-ci ildən özünü korporativ bank kimi tanıdan PAŞA Bank, fiziki şəxslərin kreditləşməsinə başlayır. Bankın idarə heyətinin sədri Taleh Kazımovun bildirdiyinə görə, bank fiziki şəxslərə xidmət göstərmək üçün yeni filial açmaq niyyətindədir. Onun bildirdiyinə görə, bank yalnız korporativ müştərilərinə aid fiziki şəxslərə xidmət göstərəcək. PAŞA Bank ilin sonuna qədər Sumqayıtdada fiziki şəxslərə xidmət üçün yeni filialın açmasını planlaşdırır. Sədrin bildirdiyinə görə, bank eləcədə kənd təsərrüfatına ayrılan kredit limitini 20 mln. manata qədər artırmağı planlaşdırır. İndiyə qədər bu limit10 mln. manat təşkil edirdi. Banker.az