Sosial şəbəkədə biz:

Zakir Həsənov Türkiyəyə getdi

14 September 2021, 21:03
Gündəm

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bu gün Türkiyəyə yola düşüb.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.