Röya Rəfili sığınacağa yerləşdirildi
Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfili övladları ilə birlikdə Bakıda sığınacağa yerləşdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
“Röya Rəfiyeva üç övladı ilə birlikdə Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəsissəsinə yerləşdirilib”, - o qeyd edib.