Sosial şəbəkədə biz:

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

25 September 2021, 08:36
Gündəm

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla müzakirələrimiz çox xoş keçdi”. 

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi twitter səhifəsində bildirib.

“İki ölkə arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - prezidentin köməkçisi qeyd edib.