Sosial şəbəkədə biz:

İmran Xan: "Dünya 3 təhdidlə toqquşub"

25 September 2021, 19:12
Gündəm

Dünya üç çağırışla – COVİD-19 pandemiyası, iqtisadi böhran və iqlim dəyişikliyi ilə əlaqədar təhdidlərlə toqquşub.

Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib. O, bununla bağlı müvafiq strategiyanın qəbul edilməli olduğunu bildirib:

“Virus qeyri-müəyyən hava şəraiti ucbatından yaranan fəlakətlər kimi millətlər və insanlar arasında fərq qoymur. Biz ümumi strategiya qəbul etməliyik. Bu strategiyaya ilk növbədə vaksinlərin bərabər bölgüsü aid edilməlidir”.