Sosial şəbəkədə biz:

Azərbaycanda bank kartları ilə fırıldaqçılıq edənlər var

29 September 2021, 08:25
Gündəm

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank kartları ilə yeni fırıldaqçılıq faktları ilə bağlı xəbərdarlıq edib. Assosiasiya qeyd edir ki, fırıldaqçılığın qarşısının alınmasına dair maarifləndirmə işlərinə baxmayaraq, bəzi istifadəçilər hələ də həmin  fırıldaqçıların toruna düşür.

“Bəzi hallarda fırıldaqçılar Assosiasiyanın və ya bankların adından bank kartlarının sahiblərinə zəng vuraraq ödəniş kartının detallarını soruşurlar. ABA və ya banklar heç bir halda ödəniş kartlarına dair məlumat almaq üçün istifadəçilərə müraciət etmirlər. Belə hallarda vətəndaşlar kartları haqda məlumat  verməməli və dərhal bankla əlaqə saxlamalıdırlar”, - Assosiasiya xəbərdar edir.