Sosial şəbəkədə biz:

Bakıda tıxac və izdiham - FOTOLAR

29 September 2021, 09:10
Gündəm

Bakının Heydər Əliyev prospektində və şəhərin bir neçə mərkəzi küçələrində tıxac yaranıb.

Belə ki, Bakı-Sumqayıt yolunda da səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Hazırda Dövlət Yol Polisi əməkdaşları Avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Musavat.com