Sosial şəbəkədə biz:

Polad Həşimovun qızından atasının məzarı başında duyğulandıran addım - FOTO

29 September 2021, 21:01
Gündəm

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova duyğulandıran addımı ilə gündəmə gəlib.

Aybəniz Həşimova bu gün ağ xalatda atasının məzarına baş çəkib.

Qeyd edək ki, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.

Universitetdə dərslərin başlamasının ilk günündə şəhid qızının atasının məzarı üstünə getməsi rəğbətlə qarşılanıb.

Musavat.com