Sosial şəbəkədə biz:

ABŞ prezidenti Fələstin lideri ilə görüşdən imtina edib

30 September 2021, 09:02
Gündəm

ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasla görüşdən imtina edib.

Bu barədə “Axios” portalı Amerika və Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Portal Baydenin görüşdən imtina etməyini qeyri-adi adlandırıb və hesab edir ki, İsrail-Fələstin danışıqları ABŞ lideri üçün əsas prioritet deyil.

Eyni zamanda, Baydenin müşavirləri Abbasa ABŞ prezidentinin ümumiyyətlə ikitərəfli görüşlər keçirməyəcəyini söyləyib. Lakin Bayden, qısa müddət Nyu -Yorka səfər etsə də, üç ikitərəfli görüş keçirib. Report