Sosial şəbəkədə biz:

Çempionlar Turu: Teymur Rəcəbov qələbə qazandı

02 October 2021, 09:03
Gündəm

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun görüşləri keçirilir.

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.

Şəhriyar Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlir. 4 partiyadan sonra hesab 2:2 olduğundan tay-brek oynanılacaq.