UEFA Konfrans Liqası “Qarabağ”ı məğlubedilməz adlandırdı - Foto
UEFA Konfrans Liqasının "Twitter" hesabında “Qarabağ” ilə bağlı paylaşım edilib.
Belə ki, UEFA Ağdam təmsilçisini məğlubedilməz adlandırıb.
“Məğlubedilməz Qarabağ”. Bu mövsümün bütün turnirlərində 14 oyun keçirib – 9 qələbə, 5 heç-heçə”, - paylaşımda deyilir.
