Sosial şəbəkədə biz:

Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi - VİDEO

06 October 2021, 20:57
Gündəm

44 günlük müharibə dövründə ermənilərin Gəncəni bombalaması nəticəsində ilk zərər çəkən olan şəhər sakini Vüsalə Əliyeva üsyana qalxıb.

Belə ki, evi dağılan və bir gözünü itirən A. Əliyeva 1 ildir çadırda yaşadığını bildirir. Onun sözlərinə görə, erməni terrorundan zərər çəkən biri kimi nə ona kompensasiya verilib, nə evlə təmin olunub.

Bombalanmış evinin qarşısında etiraza qalxan və yolu bağlayan A. Əliyeva Gəncənin icra başçısı Niyazi Bayramovun laqeydliyindən şikayətlənib. Vətəndaş icra başçısının onunla maraqlanmadığını bildirib.
 

https://www.youtube.com/embed/dqMvkCr3UIA

Reportyor.info